“Trumpın telefonlarına cavab verməyincə qovuldum”backend

“Trumpın telefonlarına cavab verməyincə qovuldum”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Bharara, Trumpın telefonlarının \”icra ilə müstəqil mühakimə arasındakı adi sərhədi aşdığını\” hiss etdiyini və ABŞ prezidentinin özünü üçüncü axtarışında da danışmağı rədd etməsinin ardından sonra qovulduğunu bildirib. Qeyd edək ki, Trumpın sələfi Barak Obama tərəfindən vəzifələndirilmiş olan Bharara, Trumpla 2016 sonunda tanış olur və tanış olmalarının ardından Trumpın özüylə \”bir şəkildə əlaqə\” qurmağa çalışdığını söyləyib.

Bharara bu vəziyyətin \”əlverişsiz\” olduğunu hiss etdiyini ifadə edərək: \”Obamanın yeddi yarım il ərzində məni axtarış sayı sıfırdır. Donald Trumptan gözlədiyim telefon sayı da sıfırdı, çünki bəzi kəslər haqqındakı qanuni prosesləri nəzərə alsaq, Trump ilə məsafəli bir əlaqəmiz olmalıydı\” – dedi.
Keçmiş Baş prokuror açıqlamanı Trumpın May ayında qovduğu FBI Başçısı James Comeynin ABŞ Konqresində ifadə verməsindən bir neçə gün sonra edib.

Bharara, \”Keçmiş müdiri və yoldaşı\” olaraq xarakterizə etdiyi Comeynin Konqresdəki ifadəsini ön sıralardan dinləmişdi. 48 yaşındakı Hindistan əslli Bharara, 2009-cu ildə New York Prokuroru olduqdan sonra 25 fərqli ölkəyə göndərdiyi gücləriylə silah və narkotik ticarəti ilə günahlandırılan şəxsləri New Yorka gətizdirmiş və hakim qarşısına çıxartmışdı.

İnterpress.az