İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada müxalif siyasətçi Aleksey Navalniy, evinin xaricində nəzarətə alındı.
Məlumata görə, Navalniy, Moskvada sui-istifadəyə qarşı bir hərəkət çağırışı etmiş, lakin təhlükəsizlik qüvvələrinin maneə törətməməsi üçün görüşmə məkanını son dəqiqədə bildirmişdi.
Moskvada xalqı küçələrə çağıran Navalny, mart ayında baş nazir Dmitri Medvedevə sui-istifadə ittihamı ilə kütlələri küçəyə çağırmış və 60.000 min insanı meydanlara doldurmuşdu. Navalnini bu nümayişi səbəbiylə:- \”İcazəsiz nümayiş etməkdən\” görə pul cəzasına məhkum edilmişdi.
Navalnynin həyat yoldaşı Yulia, Twitterdə yoldaşının nəzarətə alındığını söyləyərkən, Navalniy nümayişdən əvvəl bələdiyyənin numayiş üçün çətinliklər yaratdığını və səs sisteminə icazə vermədiyini ifadə etmişdi.
Navalnynin gələcək il mart ayında keçirilməsi planlaşdırılan prezident seçkisində Putinə rəqib olması gözlənilir.
İnterpress.az