Böhranın həlli üçün Pakistan dövrəyə girdibackend

Böhranın həlli üçün Pakistan dövrəyə girdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn və Yəmən daxil bəzi ölkələr Qətərın \”terrorizmə dəstək verməklə\” günahlandırmış və bu ölkə ilə əlaqələrini kəsmişdi. Qətər isə iddiaları rədd edir.

İddialar yalanlandı

Digər tərəfdən İslamadad rəhbərliyi, Pakistan əsgərlərinin, Türk ordusuna dəstək üçün Qətərə yerləşdiriləcək iddialarını yalanladı. Pakistan Xarici İşlər Nazirliyindən bazar günü verilən şərhdə bu iddialar:- \”Körfezdəki qardaş müsəlman ölkələr və Pakistan arasında səhv anlaşmaya yol açma məqsədi güdən pis niyyətli bir kampaniya\” – olaraq xarakterizə etdi.

Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani isə Al Jazeera televiziyasına etdiyi şərhdə, vasitəçi rolunu boynuna götürən Küveyt ilə təmasda olduqlarını və əlaqələri kəsən Körfəz ölkələri ilə dialoq üçün hazır olduqlarını, ancaq hələlik çağırışlarına bir cavab almadıqlarını açıqlayıb.

Bəzi ərəb ölkələrinin Qətər ilə diplomatik əlaqələri kəsməsi, bu ölkələrdə yaşayan Qətər vətəndaşlarının gələcəklərini də naməlum hala gətirdi. Qətərli səlahiyyətlilər, əlaqələrin kəsildiyi ölkə vətəndaşlarının Qətərdə qalmağa davam edə biləcəklərini ifadə edərkən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də öz vətəndaşlarıyla evli Qətərliləri ölkələrində qalmağa dəvət edə biləcəyini açıqladı.
Daha əvvəl bu ölkələr, Qətər vətəndaşlarına ölkədən ayrılmaları üçün 14 günlük müddət vermişdi.

İnterpress.az