Hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi \”Toyota Prado\” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil \”Audi\” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. ( lent.az )
İnterpress.az