İnterpress.az-ın məlumatına görə, bu barədə “Bild” xəbər verib.
Məlumata görə, sabiq kansler öz evində Lüdviqshafen şəhərində vəfat edib.
H.Kol 1982-1998-ci illərdə Almaniyanın kansleri olub. O, Almaniyanın müasir tarixində ardıcıl dörd müddət kansler vəzifəsində çalışan ilk siyasətçi olub. H.Kol Almaniyanın birləşməsində və “soyuq muharibənin” başa çatmasında mühüm rol oynayıb. (apa)
İnterpress.az