“ABŞ-ın Azərbaycandakı səfirliyi ilə bütün əlaqələri kəsirəm”backend

“ABŞ-ın Azərbaycandakı səfirliyi ilə bütün əlaqələri kəsirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünün \”Facebook\”dakı profilində B. Hacıyev bunları yazıb: \”Son 10 ildə ABŞ səfirliyi ilə sıx münasibətlərimiz olub, dəfələrlə bu yaxın münasibətlərə görə hakimiyyət tərəfindən bildiyiniz və açıqlamadığım bir çox təzyiqlərə məruz qalmışam. 10 ildə bircə dəfə bircə xahişlərini yerə saldığımı xatırlamıram. Bu gün ilk dəfə idi ki, vizalarını gözləyən iki məktəbli üçün xahiş etdim. Bildirdim ki, birinci gün dərsləri başlayır, vaxtında çatdırmasalar, həm bizə xeyli maddi ziyan dəyəcək, təhsil haqlarını özümüz geri qaytarmalı olacağıq valideynlərə, həm də mənəvi olaraq bizə və uşaqlara çox zərbə dəyəcək. Mənə konkret cavab verilmədi.

Axşama yaxın şagirdlərdən biri üçün dövlətə yaxın biri zəng edib xahiş edib. Axşam xahiş edilən şagirdə viza verildi, digərinə yox. Halbuki, digər şagird də dünyanın bütün qitələrində onlarla ölkədə olmuşdu, bir neçə ABŞ vizası olmuşdu və vizasını sadəcə yeniləmək lazım idi.

Çox şey yaza bilərəm, amma yazmıram. Nə qədər işsiz, ölkədən birdəfəlik qaçacağı bəlli olan adama saxta sənədlərlə viza verib, sanksiya qoyulacağını gözlədiyimiz adamlara viza verib, təhsil almaq dalınca gedən məktəbliyə bizim xahişimizlə viza vermədilər və sözün açığı, bu mənə çox pis təsir etdi.

Bütün bunlara görə ABŞ-ın Azərbaycandakı səfirliyi ilə bütün əlaqələri kəsməyə qərar verdim. Növbəti addımlarım barədə də sonra yazacam\”.

ABŞ səfirıiyinin münasibətini də dərc etməyə hazırıq.

İnterpress.az