İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Cənub Amerika ölkəsi Venesuelada aprel ayından bu yana davam edən hökumət əleyhinə nümayişlər böhrana səbəb oldu. Fransız qəzeti \”Le Monde\” şəhərdə yaşanan böhran haqqında xəbər yayıb:
\”Birdən beş dənə insan küçənin küncündən meydana çıxdı. Gənc, maskalı, molotof kokteyli əlində … Yarı gedərək yarı qaçaraq rəngli La Vega evlərinin yanında keçirdilər. Səhər saat 7 olmasına baxmayaraq, Caracasın qərbində olan məhəllə yanmağa başlamışdı belə. Daha sonra təhlükəsizlik gücləri hadisə yerə gəldilər.
Qaz maskası və Venesuela bayrağı rənglərini daşıyan bir gənc, polislərin yanında olmasına baxmayaraq hələ də söyüş söyürdü.
Eyni anda bir neçə küçə aşağıda sobanın qarşısında növbəyə dayanmış insanlar çörək ala bilmək ümidiylə gözləyirdilər. Caracasda yaşanan qıtlıq və şiddətin olduğu klassik bir gün daha … \”
İnterpress.az