Çempionatın açılış oyununda ev sahibi Rusiya Yeni Zelandiya ilə üz-üzə gəlib.
Turnirdə 8 komanda – Rusiya ilə yanaşı son dünya çempionu Almaniya, Avropa çempionu Portuqaliya, Asiya kubokunun qalibi Avstraliya, Amerika kubokunun birincisi Çili, KONKAKAF-ın qalibi Meksika, Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya və Afrika Millətlər Kubokunun sahibi Kamerun mübarizə aparacaq.
İnterpress.az