Qarabağda ağır yaralanmış ermənilər İrəvana aparıldıbackend

Qarabağda ağır yaralanmış ermənilər İrəvana aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan deyib ki, yaralılardan biri İrəvandakı Mərkəzi Hərbi Hospitala, digəri isə S.V.Malayan adına Oftalmologiya Mərkəzinə yerləşdirilib. “Hər iki yaralının vəziyyəti sabit ağırdır”-Ovannisyan deyib.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərinin 3 deyil, 5 olduğu, üstəlik ağır yaralıların da olduğunu açıqladıqdan sonra Ermənistan bu gün daha 1 əsgərinin öldüyü, digər ikisinin isə yaralandığınə təsdiqlədi. Görünən budur ki, işğalçı ölkə daxilindəki etirazlardan çəkinərək itkiləri ört-basdır etməyə çalışır. İrəvan 1997-ci il təvəllüdlü Harek Qasparyanın bu gün səhər məhv edildiyini iddia edib. ( musavat.com )

İnterpress.az