Bakıda əcnəbi tələbə borc üstündə döyüldübackend

Bakıda əcnəbi tələbə borc üstündə döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Lent.az”a istinadən xəbər verir ki, Rəssamlıq Akademiyasının 1-ci kurs tələbəsi Canqou Şahruz Rəşid oğlu İçərişəhərdə tanışı tərəfindən xuliqanlıq zəminində döyülüb. Belə ki, o, bir müddət əvvəl Sadiq Bağırov adlı şəxsə verdiyi 1300 manat pulu geri almaq üçün onunla İçərişəhərdə görüşüb. Bu zaman tərəflər arasında narazılıq yaranıb və əcnəbi tələbə pul verdiyi şəxs tərəfindən döyülüb.

Akademiya tələbəsi üzləşdiyi əməllə bağlı polisə müraciət edib. Araşdırma aparılır.

İnterpress.az