Daşkəsəndə qəza— YAP-ın təşkilat sədri və DSMF-nin şöbə müdiri yaralanıbbackend

Daşkəsəndə qəza— YAP-ın təşkilat sədri və DSMF-nin şöbə müdiri yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.

Belə ki, \”Hundai sonata\” markalı avtomobillə \”Niva\” markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğub bildirilir.

Hadisə zamanı xəsarət almış digər yaralı isə YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur.

Qeyd edə k ki, yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir isə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir.

İnterpress.az