Əgər ağappaq və sağlam dişlərinizlə fəxr etmək istəyirsinizsə, diş minasına zərər verən qidalardan və pis vərdişlərdən uzaq durmalısınız.
Dişlərə zərər verən 10 qida:
Siqaret: diş və diş ətlərinə zərər verir, ağız qoxusuna səbəb olur.
Spirtli içkilər: tüpürcək ağız boşluğundakı dişlərə zərərli turşuların tənzimlənməsi üçün çox önəmlidir. Ona görə də, ağız quruluğuna səbəb olan hər şey diş üçün zərərli hesab edilir. O cümlədən, spirtli içkilər də ağız quruluğuna səbəb olur və dişlərin düşməni hesab edilir.
Meyvə şirələri: ph dəyəri 7-dən az olan qidalar da dişlər üçün zərərlidir. Meyvə şirələrinin ph dəyəri 2,5-dir, ona görə də dişlər üçün əsl təhlükə hesab edilirlər. Meyvə şirələrinin dişinizə zərər verməsini istəmirsinizsə, çöp vasitəsilə içməyə çalışın.
Limon: Limonun tərkibindəki turşular diş minasına zərər verir. Bu meyvənin ph dəyəri də olduqca aşağıdır.
Coca Cola: Dişlər üçün ən böyük təhlükə mənbəyidir. Çünki diş minası və diş ətləri üçün zərərli olan fosfor turşusu, bol miqdarda şəkər və sitrit turşusu ehtiva edir.
Enerji içkiləri: Bunlar da eynilə kola kimi bol miqdarda müxtəlif turşular və şəkər tozu ehtiva edirlər. Ona görə də, həm dişlər, həm də ümumi sağlamlıq üçün ziyanlıdırlar.
Marmelad, lokum, “jelibon”: Belə qidalar başqa şirniyyatlardan qat-qat zərərlidirlər. Çünki həddən çox şəkər və diş üçün ziyanlı turşular ehtiva edirlər.
Qurudulmuş meyvələr: Belə meyvələrin tərkibi karbohidratla zəngin olur. Dişlərə yapışır və diş minasına zərər verirlər.
Belə qidalar yedikdən dərhal sonra dişləri fırçalamaq və ya tərkibində şəkər olmayan saqqız çeynəmək lazımdır.
Buz: Yay aylarında içkilərin içərisinə buz tökürük. Belə içkiləri içərkən buzun dişlərinizə dəyməməsinə diqqət edin.
Ağ çörək: Ağ çörək də diş sağlamlığına zərər verən qidalar sırasındadır. Mütəxəssislər onun əvəzinə bütöv dənli taxıllardan bişirilmiş çörək yeməyi məsləhət görürlər.
İnterpress.az