“Amerika təyyarələrini vurarıq” deyən Rusiyaya ABŞ-dan cavab: “Başımızın çarəsinə baxarıq”backend

“Amerika təyyarələrini vurarıq” deyən Rusiyaya ABŞ-dan cavab: “Başımızın çarəsinə baxarıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Vaşinqtonda Milli Mətbuat konfransında günorta yeməyinə qatılan ABŞ Baş qərargah Başçısı General Cozef Dunford, Klubun prezidenti Jeff Ballounun suallarını cavablayıb.

\”Rusiya İlə Əlaqə Kanalını Açmaq Üçün Çalışırıq\”

General Dunford, Rusiya ilə Suriyada qüvvələrin etibarlı ayrılması üçün heyəti olan rabitə kanalının bu səhərə qədər təsirli bir şəkildə istifadə edildiyini və söz mövzusu kanalın önümüzdəki saatlarda təkrar qurulması üçün işlərin davam etdiyini qeyd etdi.

\”Rusiyanın şərhini mediadadan öyrəndim\”

Söz mövzusu kanalın 18 ay ərzində sahədəki, xüsusilə də havadakı qüvvələrini qoruma mövzusunda təsirli olduğunu ifadə edən Dunford, rabitə kanalının işinin əməliyyatlar baxımından əhəmiyyətli olduğunu söylədi. Rusiya Müdafiə Nazirliyindən edilən şərhi mediadan öyrəndiyini ifadə edən Dunford, mövzuyla əlaqədar diplomatik danışıqların davam etdiyini bildirdi.

\”Qüvvətlərimiz başının çarəsinə baxar\”

Bollounın:-\”Rusiyanın ABŞ qüvvələrini vurmayacağına nə qədər əminsiniz?\” şəklindəki sualına Dunford:-\”Bizim hərəkət mərkəzimiz ilə Rusiya Federasiyasının hərəkət mərkəzi arasındakı ünsiyyətin davam etdiyinə əminəm. Qüvvətlərimizin orada başının çarəsinə baxacaq qabiliyyətə sahib olduğuna inanıram -deyə cavab verdi.
Dunford, bölgədə bir hadisə olduğunda ABŞ ilə Rusiyanın rabitə kanalları üzərindən bir-biriylə ünsiyyətə keçməsi lazım olduğunun vurğuladı.

\”Suriya təyyarəsini vurmağımız hüquqi\”

Amerikalı komandir, ABŞ-ın Suriya döyüş təyyarəsini vurulması qanuni olduğunu bildirib: – \”Qüvvət qoruma daxilində Konqres tərəfindən 2001-ci ildə verilən Hərbi Güc İstifadə Qanunu olduğunu\” vurğulayıb.

Rusiya \”vurarıq\” demişdi

Xatırladaq ki, bir neçə gün öncə ABŞ döyüş təyyarələri PYD / PKK-nın liderlik etdiyi Suriya Demokratik Gücləri (SDG) ünsürlərinə atəş açması üzərinə bir Suriya SU-22 döyüş təyyarəsini vurmuş, Rusiya Müdafiə Nazirliyi da ABŞ ilə qüvvət ayırma kanalını dayandırmaq məcburiyyətində qalmış və Fırat Çayının qərbinə keçən koalisiya təyyarələrinin vurulacağını açıqlamışdı.

İnterpress.az