Qol.az-ın \”Onda Cero\”ya istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı hücumçu üçün hər hansı klubdan təklif almadığını deyib:
\”Sonuncu dəfə Ronaldo ilə Kardiffdəki final oyunundan sonra danışmışam. Onunla yeni mövsümü müzakirə etmişik. Ronaldonun \”Real\”dan ayrılmaq istəməsi ilə bağlı qəzetlərdə oxumuşam. Bilmirəm, nə olub. Yazılanlar qəribədir. Onunla Konfederasiyalar kubokundan sonra danışacağam. Onu deyə bilərəm ki, Ronaldo \”Real\”ın oyunçusudur. Onun təzmint qiyməti 1 milyard avro təşkil edir\”.
F.Peres hazırda nə Ronaldo, nə də digər futbolçular üçün təklif aldıqlarını vurğulayıb.
Qeyd edək ki, K.Ronaldo İspaniya prokurorluğunun ona vergidən yayınma ittihamı irəli sürdüyünə görə \”Real\”dan ayrılmaq istədiyi iddia edilir. 32 yaşlı hücumçunun fikrincə, Madrid klubu bu məsələdə onu müdafiə etmir.
İnterpress.az