İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ABŞ Xarici işlər nazirliyi mətbuat katibi Heather Nauert, Körfəz ölkələrinin Qətər haqqındakı narahatlıqlarının hələ də detalları ortaya çıxmamasından çaşdıqlarını ifadə edərək: – \”Məqsəd həqiqətən terrorizmdir?\” deyə fikir bildirdi. Nauert, mətbuat konfransında Qətərə tətbiq olunan embarqoya toxundu. Qətərə qarşı tətbiq olunan embarqonun 5 iyunda başladığını deyən Nauert, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin, iddialarının detallarını hələ ictimaiyyət ilə paylaşmadığına dikkət çəkərək:- \”Bu zaman uzandıqca Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin hərəkətləri qarşısında şübhələr artır\” – deyə bildirdi.
İnterpress.az