İnterpress.az “Lent.az”a istinadən xəbər verir ki, Xətai rayonu Pivəzavod küçəsində yaşayan 22 yaşlı Hüseyn Məmmədov evdə olarkən ehtiyatsızlıqdan çay qaşığı udub.
O, 3 saylı şəhər xəstəxanasına müraciət edib və burada tibbi müdaxilə ilə qaşıq onun bağırsağından xaric edilib. H.Məmmədov qaşığı udarkən fikirli olduğunu və bir anlıq onu udduğunu deyib.
İnterpress.az