İnterpress.az xəbər verir ki, müxalifətin nəzarətində olan Milli Assambleyanın 4 əməkdaşı xəsarət alıb.
Hadisə paytaxt Karakasda baş verib. Naməlum qrup Venesuela parlamentinin binasına soxulmağa cəhd edib. Ehtimal edilir ki, hücumda iştirak edən qrup prezident Nikolas Maduronun tərəfdarlarıdır. Onların hücumu nəticəsində 4 nəfər xəsarət alıb. Bu barədə parlamentin rəsmi Tvitter səhifəsində məlumat paylaşılıb. Məlumatda deyilir: \”Paxaritos rayonunda parlamentə hücum təşkil edilib. Hücum nəticəsində Milli Assambleyanın 4 əməkdaşı xəsarət alıb\”.
Deputat Luisa Lippanın fikrinə görə, hücumçular Milli qvardiya və Maduro tərəfindən mühafizə edilir.
İnterpress.az