İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq \”VAZ\” minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat saat 07:45-də başa çatıb.
İnterpress.az