İnterpress.az report-a istinadən xəbər verir ki, \”Mercedes\” markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşınının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az