İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Türkiyəli gənc Çaplın, NATO-nun bu çərçivədə ən gənc başçısı ünvanını əldə etdi. Çaplının başçısı olduğu komitə dünyanı sıxıb qovuran kiber hücumlara qarşı təlim üsulları üzərində çalışır. Çaplı, komitəyə seçilmə müddətinə bağlı:- \”Türkiyə olaraq NATO-ya bir təklif verdik. Biz bu mövzunu araşdırmaq istəyirik dedik. Çox maraq çəkdik, bir çox ordular bununla maraqlandı. Bunun üzərinə bir araşdırma komitəsi qurduq. Türkiyədən də başçılığını mən edirəm. Şans o ki, ən gənc mən olmuşam\”- məlumatını verdi. Sədri olduğu komitənin hədəflərini də açıqlayan Çaplın:- \”Hədəfimiz NATO mənsubu bütün orduların bizim meydana gətirdiyimiz kiber təhlükəsizlik təhsilini alması, xalqın da açıq şəkildə faydalanacağı qaynaq halına gəlməsidir. Sahta e-maildə gərçək e-mailin necə ayırd ediləcəyindən tutmuş, server otağının təmizlənməsi, personalın təhlükəsizlik istintaqında keçməsinə qədər geniş bir assortimentimiz var. Biz əyləncəli, maarifləndirici və əhatə edici şəkildə kiber təhlükəsizlik təhsili üsulları inkişaf etdirəcəyik. Həm xalqa açıq, həm də gizli məlumatlar olacaq ordulara qarşı. Müvəffəqiyyətli olsaq NATO-da yaxşı mənada adımız eşidiləcək\”-dedi. Qeyd edək ki, Türkiyənin liderliyini etdiyi komitədə ABŞ, Hollandiya, Almaniya ordusu ilə Fransa Hərb Məktəbi və Estoniya Siber Təhlükəsizlik və Qənirsizlik Mərkəzi var.
İnterpress.az