İnterpress.az-ın məlumatına görə, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Terrorçular döyüşlər zamanı ağır itki veriblər. Əfqanıstan müdafiə nazirinin səlahiyyətlərini icra edən Tarix Şah Bəhrami deyib ki, İŞİD terrorçularının geri qayıtmasının qarşısının alınması üçün Tora-Borada güclü hərbi baza yaradılacaq.
İŞİD terrorçuları “Taliban” silahlıları ilə bir neçə gün davam edən döyüşdən sonra iyunun 15-də Tora-Bora mağara kompleksini ələ keçiriblər. Bu mağara kompleksində 2001-ci ilin sonlarında “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə ben Laden gizlənib.
İnterpress.az