ABŞ-dən Qətər açıqlamasıbackend

ABŞ-dən Qətər açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Tillerson mövzuya bağlı etdiyi yazılı şərhdə, Qətərin \”diqqətli bir şəkildə\” tələblərini araşdırmağa başladığını ifadə etdi.
\”Bəzi maddələrin Qətərin yerinə gətirməsi üçün çox çətin olacağını\” vurğulayan Tillerson, tərəflərin razılığa gəlmələri üçün dialoq qurması lazım olduğunu bildridi.

Tillerson, şərhdə bu ifadələrə yer verdi:

\”Məhsuldar bir addım atmaq üçün ölkələrin bir araya gələrək danışması lazımdır. Müttəfiqlərimizi terrora qarşı ortaq bir şəkildə mübarizə etmələri vəziyyətində daha güclü olacaqlarına inanırıq. Hər ölkənin bu prosesə qatacağı amillər olacaq. Təzyiqi salmaq, bu prosesə yardım edəcək. ABŞ tərəflərlə yaxın əlaqə içərisində olmağa davam edəcək və Küveyt əmirinin vasitəçiliyinə dəstək olacaq\”.

İnterpress.az