Merkel Avropanı Suriya və Liviyanın problemlərinin həllində fəal iştirak etməyə çağırıbbackend

Merkel Avropanı Suriya və Liviyanın problemlərinin həllində fəal iştirak etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu A.Merkel “Brigitte” jurnalına müsahibəsində bəyan edib.

“Bəzi məsələlərdə biz avropalılar fəal deyilik. Misal üçün, Suriya ABŞ-ın yox, bizim astanamızdadır. Biz də Suriyada sülh nizamlanmasında iştirak etməliyik. Qaçqınlar Suriyadan Avropaya gəlir. Daha bir vacib məsələ Liviya ilə bağlıdır. Bir dövlət kimi Liviya mövcud deyil, oradan da Avropaya miqrant axını müşahidə olunur. Avropalı olaraq biz məsuliyyətimizi hiss etməli, gözləməməliyik ki, kimsə gəlib bizim problemlərimizi həll edəcək”, deyə A.Merkel qeyd edib.

O, həmçinin ABŞ-la ekoloji və azad ticarət məsələlərində qarşılıqlı anlaşmanın olmamasını vurğulayıb. (apa)

İnterpress.az