“Duterte Öldü” iddialarına Başçılıq Sarayından şərh: “Turp kimi”backend

“Duterte Öldü” iddialarına Başçılıq Sarayından şərh: “Turp kimi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, son günlərdə ortalıqda görünməyən Filippin prezidenti Rodrigo Dutertenin \”öldüyü\” iddialarına Başçılıq Sarayından cavab gəldi. Filippin Dövlət Başçılığı Sarayı Malacanang səlahiyyətliləri, Dutertenin yaşadığını və yaxşı olduğunu açıqladı.

Dutertenin ötən həftə ictimaiyyət qarşısına çıxmaması ilə əlaqədar narahatlıqları cavablayan saray səlahiyyətliləri, prezidentin sağlamlığının yaxşı olduğunu və sıx bir şəkildə çalışdığını bildirdi. Əlaqə katibi Martin Andanar, Dutertenin \”turp kimi\” olduğunu dilə gətirərkən, Başçılıq sözçüsü Ernesto Abella isə Başçılıq Sarayında etdiyi şərhdə prezidentin həyatda və sağlam olduğunu söylədi.
Andanar, Dutertenin güclü və sağlam olduğunu və xalqın onunla əlaqədar bir narahatlığa girməməsi lazım olduğunu söyləyərək, prezident Dutertenin xalq arasına çıxmamasının onun işləmədiyi mənasını verməyəcəyini sözlərinə əlavə etdi.

İnterpress.az