Tramp CNN şirkətinin saytından onun yaxın müttəfiqi olan Antoni Skaramuççi və Rusiya hökumətinin nəzarət etdiyi bankın idarə etdiyi investisiya fondunun rəhbəri haqda materialı çıxardıqdan sonra Tvitter səhifəsində media qurumlarını tənqid edib.
\”Yaxşı, Saxta Xəbər CNN ifşa oldu, amma NBC, CBS və ABC necə olsun? Uğursuz Nyu York Tayms və Vaşinqton Post necə olsun? Onlar hamısı SAXTA XƏBƏRLƏR!\”, Trampın Tvitter mesajında yazılıb.
CNN materialı öz səhifəsində cümə axşamı günü dərc edib və cümə günü onu səhifədən çıxarıb.
Materialın müəllifi Tomas Frank, araşdırmaçı jurnalistika şöbəsinin redaktoru Erik Lixtbau və şöbənin müdiri Leks Harris bazar ertəsi günü istefa veriblər. CNN şirkəti tərəfindən aparılan daxili araşdırma göstərib ki, material dərc olunmazdan əvvəl lazımi redaktə mərhələlərindən keçməyib. (amerikanın səsi)
İnterpress.az