Məsələn, ağız qurumasını, çox susama hissini aradan götürür, zaman- zaman istifadə olunduqda bir yüngüllük hiss edəcəksiniz və bir müddət sonra qanda şəkərinizin normasına (artıb azalmasına) diqqət edə biləcəksiniz. Və ən əsası xoşagəlim bir dadı vardır və rahat istifadə olunur.
Lazım olanlar:
1 çay qaşığı HİL, 1 çay qaşığı QARAZİRƏ, 1 çay qaşığı DARÇIN, yarım stəkan QATIQ.
Gündə 3 dəfə hər yeməkdən 1 saat sonra bitkiləri toz formada qatıqla qarışdırıb yeyə bilərsiniz.
Bu qarışım şəkərdən başqa yüksək xolesterini aşağı salır, antioksidantdır (xərçəngin müalicə və profilaktikasında istifadə oluna bilər), qaraciyər piylənməsindən və köpdən əziyyət çəkənlər üçün də faydalıdır.
Qeyd: qarışım bir qədər qəbizlik verə bilər, əgər qəbizlik versə yarım çimdik novruz şaxtagülü bitkisinin qurudulmuş və üyüdülmüş köklərindən qarışdıra bilərsiniz. (sağlam həyat)
İnterpress.az