İnterpress.az-ın məlumatına görə, “Shagman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B. Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.
Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır. (apa)
İnterpress.az