Die Welt-in iddiası: MİT Alman vəkilləri izləyirbackend

Die Welt-in iddiası: MİT Alman vəkilləri izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, qəzet, Federal Asayiş Dairəsi (BKA) qaynaqlarına söykədiyi xəbərində Türk kəşfiyyatının Federal Məclis millət vəkillərini təqibə aldığını yazdı. Qəzet, BKA səlahiyyətlilərinin kimi millət vəkilləriyle bu mövzuda görüşdüyünü və bəzi tədbirlər üzərində danışıldığını da qeyd etdi. BKA-nın mövzuyla əlaqədar danışdığı millət vəkillərinin arasında daxili işlər, xarici işlər və müdafiə siyasətində mütəxəssis adlar var. Ankara indiyə qədər Berlinə Almaniyada feto terror təşkilatıyla əlaqəli şəxslərin, təşkilatların, şirkətlərin və məktəb ilə uşaq evlərinin adlarının olduğu iki siyahını fərqli tarixlərdə vermişdi. Qeyd edək ki, Federal prokurorluq Türkiyə üçün casusluq fəaliyyətində olduğu iddia edilən kəslər haqqında istintaq açmışdı.

İnterpress.az