İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu hazırda Rusiyada rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Sigmar Qabriel açıqlayıb. Onun sözlərinə görə, Türkiyə prezidenti ölkədə yaşayan türklərlə ayrıca görüşüb, onlara xitabən çıxış etmək üçün Almaniyaya rəsmi müraciət ünvanlayıb. Rəsmi Berlin isə iki ölkə arasındakı gərginliyi nəzərə alaraq ona icazə verməyib.
Bir neçə gün əvvəl alman mətbuatı G20 zirvə toplantısında iştirak etmək üçün Almaniya gəlməli olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın türklərlə görüşmək üçün bir neçə iclas zalına müraciət etdiyini, amma heç birinin buna icazə vermədiyini yazmışdı.
İnterpress.az