Nemtsovun Zaur Dadayev tərəfindən öldürüldüyü aşkarlanıb.
Məhkəmə onun qatil olduğunu sübuta yetirib. Eyni zamanda, qətldə Xamzat Baxayev, Temirlan Esgerxanov, Anzor və Şadid Qubaşyov qardaşları da iştirak ediblər.
Boris Nemtsov 2015-ci il 27 fevral tarixində Moskvada güllələnərək öldürülmüşdü. İstintaqın nəticəsində görə, qətlə sifariş verən Ruslan Muxudinov Nemtsovun öldürülməsi üçün icraçıya 15 milyon rubl (250 min dollar) təklif edib.
İnterpress.az