Almaniyadan Ərdoğana yenidən qadağabackend

Almaniyadan Ərdoğana yenidən qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyada türklər qarşısında çıxış etməsinə icazə verilməyib. İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel açıqlama verib.

Xəbərə görə, Ərdoğan iyulun 7-8-də Hamburqda keçiriləcək “Böyük-20”liyin (“G20”) zirvə toplantısı çərçivəsində Almaniyadakı türklərlə görüşmək üçün müraciət edib. Lakin, rəsmi Berlin əcnəbi siyasi xadimlərin ölkədə təbliğat aparmasına qarşı olduqlarını bildirib.

“Almaniya hökuməti burada yaşayan türklər və ya Türkiyədən gəlmişlərin təhrik olunmasını istəmir. Biz xaricdəki münaqişələrin Almaniyaya gətirilməsini istəmirik” — bəyanatda qeyd olunub.

İnterpress.az