Oqtay Əsədovdan hakimlərə: “Tərəziniz həmişə düz olsun”backend

Oqtay Əsədovdan hakimlərə: “Tərəziniz həmişə düz olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Birinci vitse-spiker, Məhkəmə Hüquq Şurasının üzvü Ziyafət Əsgərov Azərbaycandakı məhkəmələr və onların çıxardığı qərarlar barədə danışdı.

Z.Əsgərov bildirdi ki, Avropa Komissiyasının bütün üzv dövlətlərində yayılan nəşrlərdə Azərbaycan məhkəmələrinin qərarlarına təqdirlə yanaşılır. Həmçinin avropalı ekspertlər məhkəmə sahəsində Azərbaycanda görülən işləri müsbət qiymətləndirir.

Vitse-spiker əlavə etdi ki, Azərbaycanda məhkəmə sisteminə kölgə salmaq üçün məqsədilə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir: “Amma Avropa İnsan Haqları Məhkəməsinin rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qəbul edilən qərarların sayından çoxdur. Belə ki, çıxarılan qərarların sayına görə, Rusiya, İtaliya və Özbəkistan, Yunanıstan öndə gedir. 2016-cı ildə Avropa Məhkəməsində Azərbaycanla bağlı cəmi 16 qərar qəbul olunub, ancaq Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur. Əhalisinin sayı demək olar ki, Azərbaycanlı eyni olan Bolqarıstan qarşı 33 qərar çıxarılıb. Azərbaycanda məhkəmə sistenmində islahatlar uğurla davam etdirilir”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 10 il müddətində təyin olunmuş hakimlərin səlahiyyət müddəti bitib. Bundan sonra Şəlalə Məmmədova, Tahir Kazımov, Əhməd Nurməmmədov, İmran Hacıqayıbov və digərlərinin namizədliyini təqdim etdi, həmçinin səlahiyyətləri bitənlərin adlarını açıqladı.

Deputat Qüdrət Həsənquliyev nazmizədliyi irəli sürülən hakimlərə uğurlar arzuladı. Amma bəzi qeydlərini də bölüşdü: “Biz bəzən mətbuatda oxuyuruq ki, məhkəmə istintaqı zamanı açıqdan-açığa məhkəməıyə meydan oxuyan açıqlamalar verirlər. Amma sonradan hakimlər tərəfindən onların məsuliyyətə cəlb olunmasını görmürük. Həmçinin Azərbaycanda bəraət hökmlərinin sayı xeyli azdır. Belə olsa, istintaq orqanlarının, müstəqintiqlərin məsuliyyəti kifayət qədər artmış olacaq”.

Spiker O.Əsədov isə yeni təyinat alan hakimlərə xitabən “arzu edirəm ki, tərəziniz həmişə düz olsun, ürəyiniz təmiz olsun. Sizi təbrik edirəm, gedə bilərsiniz” deyə bildirdi. (musavat)

İnterpress.az