Mübahisəli NATO Zirvəsi Brüsseldəbackend

Mübahisəli NATO Zirvəsi Brüsseldə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun baş katibi Jens Stoltenberg, NATO Müdafiə Nazirləri Yığıncağı əsnasında etdiyi şərhdə, NATO üzvü 29 ölkənin dövlət və ya hökumət başçılarını bir araya gətirəcək olan sammitin Brüsseldə ediləcəyini söylədi. Stoltenberg, sammitin yaz aylarında keçiriləcəyini, ancaq hələ son tarixin təyin olunmadığından ifadə etdi. 2004-cü ildə NATO-nun 17-ci zirvəsinə İstanbulda ev sahibliyi edən Türkiyə də yenidən ev sahibi olmaq üçün niyyətini bəyan etmişdi. Qeyd edək ki, 2019 NATO-nun 70-ci quruluş ili olması səbəbiylə sammitin Vaşinqtonda edilmə ehtimalı var, ancaq bu mövzuda alınmış rəsmi bir qərar yoxdur. NATO son rəsmi zirvəsini 2016da Polşanın paytaxtı Varşavada etmişdi. Belçika Baş naziri Charles Michel qərarın ardından ictimai mediadan, \”NATO-da istiqamətli iştirakımız güclü bir işarə\” ifadələrini istifadə edib.

İnterpress.az