Ağ Evdən verilən məlumatda bildirilir ki, telefon danışığı zamanı Tramp və Ərdoğan bu mübahisənin həllini, tərəflərin terrorizm və ekstremizm ideologiyası ilə mübarizədə birlikdə çalışmalarını təmin etməyin yollarını müzakirə ediblər.
Xatırladaq ki, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrorizm dəstəkçisi olmaqda, regionda sabitliyi pozmaqda ittiham edib və ölkə ilə münasibətləri kəsiblər.
Türkiyə bu ittihamları rədd edən Qətərə dəstəyini bildirməkdə davam edir. (amerikanın səsi)
İnterpress.az