İnterpress.az xəbər verir ki, bunu \”Azərbaycan\” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib. Nazir bildirib ki, ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında daxili işlər orqanlarının müstəsna xidmətləri var:
\”Ötən dövrdə Azərbaycan polisi torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışıb, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirib.
Taleyüklü anlarda – dövlətin, xalqın, vətəndaşın maraqları tələb edən zamanda polisin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin dəfələrlə şahidi olmuşuq. \”Mənim polisim məni qoruyur” deyimi də bu gün tam həqiqi mahiyyəti ilə qəbul edilir. Azərbaycanda ictimai asayiş, təhlükəsizlik etibarlı qorunur və onu heç bir qüvvə təhdid etmək gücündə deyil”.
İnterpress.az