İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 21 yaşlı Lamiyə Kamal qızı Əmənova yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanında palaz təmizləyərkən yıxılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az