İnterpress.az-ın məlumatına görə, Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.
Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Nəticədə 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb. (apa)
İnterpress.az