Hər gün aspirin içmək ölüm riskini artırırbackend

Hər gün aspirin içmək ölüm riskini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə nəşr olunan The Daily Telegraph qəzetinin birinci səhifəsinə dərc olunan xəbərə görə, hər gün bir aspirin atmaq ildə 3 mindən çox adamın ölümünə gətirib çıxarır.
Qəzet, İngiltərədəki yaşlıların yüzdə 40-ı ürək böhranı və iflic riskini azaltmaq üçün hər gün bir aspirin istifadə etdiyini, hər gün bir aspirin edən kəslərin isə ölümcül qanamalarla qarşılaşma ehtimalının yüksəldiyini yazdı.
Oxford Universitetindən alimlərin araşdırmasına görə 75 yaşından böyük insanlarda bu ehtimal 10 qatına qədər yüksəlir.
Mütəxəssislər daha əvvəl infarkt və ya iflic keçirmiş insanların aspirin istifadə etməyə davam etməsini tövsiyə edərkən buna qarşı qanama ehtimalını azaldan başqa dərmanlar da istifadə etməyi söyləyir.
Ayrıca mütəxəssislər aspirin istifadə başlayacaq və ya buraxacaq insanların əvvəl bir həkimlə məsləhət etməsi lazım olduğunu söyləyir.

Hər gün aspirin içmək ölüm riskini artırır

Hər gün aspirin içmək ölüm riskini artırır

Hər gün aspirin içmək ölüm riskini artırır

Hər gün aspirin içmək ölüm riskini artırır

İnterpress.az