Fransada müsəlmanlara hücum edildi, yaralılar varbackend

Fransada müsəlmanlara hücum edildi, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə “La Provence” qəzeti yazıb.

Məlumata əsasən, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.

İnterpress.az