İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batan digər 1 nəfərin, 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
İnterpress.az