16 yaşlı yeniyetmə su kanalında batdıbackend

16 yaşlı yeniyetmə su kanalında batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Elvin Səyavuş oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:11-də başa çatıb.

İnterpress.az