ATƏT PA-nın mətbuat xidmətindən məlumata görə, görüşdə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin iştirak edib.
Onun yüksək səviyyəli diplomatlarla görüşündə Azərbaycan, Ermənistan və Avstriyanın ATƏT-dəki nümaytəndələri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT katibliyinin nümayəndəsi iştirak edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün razılaşdırılmış formatlar çərçivəsində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda qəbul edilmiş birgə bəyanatda bildiriblər ki, iyulun 3-də Vyanaya səfər edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişi barədə Minsk qrupunu məlumatlandırmaq niyyətindədirlır. (report)
İnterpress.az