İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, raket Phönan-Pukto əyalətində yerləşən poliqondan buraxılıb.
Bu barədə məlumatı Cənubi Koreyanın baş qərargahı məumat yayıb. Orta mənzilli ballistik raket 930 km qət edib.
Raket Yapon dənizinin qərb sahillərindən atılıb. Uçuş 40 dəqiqə davam edib. Məlumata görə, raket Yaponiyanın iqtisadi zonasına düşüb. Hələlik onun vurduğu ziyan barədə heç bir məlumat verilməyib.
Adıçəkilən ərazidən son dəfə raket may ayının 14-də buraxılmışdı. \”Xvanson-12\” adlı raket 2111 km uçuş məsafəsinə malik idi. İlk dəfə olaraq 2 min km uçuş məsafəsi qeydə alınmışdı.
İnterpress.az