İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi, Rusiya Təcili Vəziyyətlər Nazirliyi ilə Rusiya Məşğulluq və Miqrasiya Nazirliyi tərəfindən, St. Peterburqdakı FETÖ ilə əlaqəli Oxford Vision dil məktəbi və Rus-Türk Mədəniyyət Mərkəzində may ayından bu yana həyata keçirilən təftiş səlahiyyətlilər, çox sayda qanun pozuntusu edildiyini təsbit etdi.
Təsbitlər nəticəsində hər iki təşkilata küllü miqdarda pul cəzası kəsildi. Rus-Türk Mədəniyyət Mərkəzinin qurucusu Adnan Öztürk və Oxford Vision-da təhsil verən Eşref Sarışahin adlı şübhəlilər, təftişi icra edən vəzifəlilərə rüşvət təklif etdikləri səbəbiylə nəzarətə alındı.
Məlumata görə, hər iki təşkilat da FETÖ əlaqəsiylə 2013 cı ilin may ayından başlayaraq başda Moskva və Sankt- Petersburg olmaqla Rusiyanın bəzi bölgələrində fəaliyyət göstərir.
İdarələrin təxminən 1,5 ildir fəaliyyətlərinin dayanma nöqtəsinə gəldiyi, rəsmi kanallar vasitəsilə edilən xəbərlər nəticəsində bu təşkilatlara istiqamətli təftiş artırıldığı və icra etdikləri fəaliyyətlər baxımından bir çox nizamsızlıq Rus orqanları tərəfindən təsbit edildiyi ifadə edilir.
FETÖ ilə əlaqəli bu təşkilatların məhkəmə qərarı ilə bağlanması və ya ləğvi gözlənilir.
İnterpress.az