İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa parlamentindəki (AP) iclasa yalnız 30 üzvün qoşulmasına reaksiya göstərən Avropa Birliyi (AB) Komissiyası Başçısı Jean-Claude Juncker, parlamentə \”rəzillik\” deyərək, bir daha oxşar bir iclasa gəlməyəcəyini söylədi.
Strasburqda davam edən AP Ümumi Qurulunda AB dövr başçılığını Estoniyaya təhvil verən Maltanı 6 aylıq müddətdə etdiyi fəaliyyətlər ələ alındı.
Malta Baş naziri Cozef Muscatın da qatıldığı iclasa 751 üzvdən yalnız 30 faizini gəlməsi üzərinə söz alan Juncker, \”AP rəzillik, bu bir rəzalət, həqiqətən rəzillik\”- reaksiyasını verdi.
İngilis və Fransız dillərində bir çox dəfə AP-nin \”rəzil\” olduğunu təkrar edən Juncker, \”Bu münasibət, parlamentin bu iclası ciddi qəbul etmədiyini göstərir. Burada Muscatın yerinə Merkel və ya Macron olsaydı bura dolar daşardı, bu bir rəzalət\”- ifadələrini istifadə etdi.
Junckerin sözünü kəsən AP prezidenti Antonio Tajani isə, \”Hörmətli cənab Prezident, biz alçaq deyilik, lütfən fərqli bir dil istifadə edin. Parlamenti qınaya bilərsiniz, amma komissiya parlamenti deyil, əksinə parlament komissiyanı idarə edir\”- Junckerə cavab verdi.
Bunun üzərinə səsini daha da çox yüksəldən Juncker, \”Bir daha əsla bu cür bir iclasa qatılmayacam. Parlament komissiyası idarə, amma parlamentin kiçik üzvləri belə dövr başçılığına hörmət göstərməlidir. Bu iclas göstərir ki parlament bunu etmir.\” dedi.
AB dövr başçılığı 1 İyulda Maltada Estoniyaya keçmişdi. AP Ümumi Qurulunda da Malta dövr başçılığında keçirilən fəaliyyətlər, Malta Baş naziri Muscatın iştirakı ələ alınacaqdı. İclasa yalnız 30 qədər üzv qatılıb.
İnterpress.az