Gənc qadın doğuş zamanı qanaxmadan öldü – Körpəsi isə yaşayırbackend

Gənc qadın doğuş zamanı qanaxmadan öldü – Körpəsi isə yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda azxeber.com-a mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.

Onların dediyinə görə, Turanə Məmmədova Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib.

Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun oğlan övladı isə dünyaya gəlib.

Qara Qarayev Xəstəxanasından bildirilib ki, məsələylə bağlı ətraflı məlumat veriləcək.

Gənc qadın doğuş zamanı qanaxmadan öldü - Körpəsi isə yaşayır

İnterpress.az