Qanda şəkərin səviyyəsini aşağı salır – Qara qarağatbackend

Qanda şəkərin səviyyəsini aşağı salır – Qara qarağat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara qarağatın yarpaqları xalq təbabətində çox geniş istifadə olunur. Ənənəvi tibb də bu bitkinin faydalı xüsusiyyətlərini təsdiq edir.
Qara qarağat yarpaqları dəmləmələr şəklində istifadə olunur. Dəmləmənin hazırlanması qaydaları: termosa 2 x.q. doğranmış təzə qara qarağat yarpaqları qoyulur, üzərinə 1 stəkan qaynar su əlavə olunur, 1 saat ərzində dəmlənilir, süzülür və müalicəvi vasitə kimi istifadə olunur.
Qara qarağat yarpaqlarının faydaları:
– avitaminoz (vitaminlər çatışmamazlığı) və immun sisteminin zəifləməsi zamanı çox faydalıdır
– uzunsürən xəstəliklərdən sonra orqanizmin bərpasını sürətləndirir, gümrahlıq bəxş edir
– güclü iltihab və virus əleyhinə təsirə malikdir
– sidikqovucu təsir edir – şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir
– qan damarlarını möhkəmləndirir
– podaqra və revmatizm zamanı faydalıdır
– qanda şəkərin səviyyəsini aşağı salır
– qripp, soyuqdəymə, angina zamanı kömək edir
– öskürəyi müalicə edir
– arterial təzyiqi aşağı salır
– orqanizmi cavanlaşdırır
– xərçəngin profilaktikasıdır
– dəri xəstəlikləri, iltihabları zamanı islatmalar şəklində istifadə olunur, dərinin bərpasını sürətləndirir
– körpələrin çimizdirilməsi üçün istifadə olunur. Onların dərisinə çox müsbət təsir edir – dərini sakitləşdirir, səpkiləri azaldır.
Qara qarağat yarpaqlarını adi çaya da əlavə edə bilərsiniz. Bu çox gözəl profilaktik vasitədir.

Qanda şəkərin səviyyəsini aşağı salır - Qara qarağat

Qanda şəkərin səviyyəsini aşağı salır - Qara qarağat

Qanda şəkərin səviyyəsini aşağı salır - Qara qarağat

İnterpress.az