APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəkili kəndində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Səfərli Ülkər Cavanşir qızı yaşadığı evin mətbəxində sirkə turşusu içərək zəhərlənib. Valideynləri hadisədən gec xəbər tutub və azyaşlı uşaq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az