Bakı – Ələt yolundakı qəzada ölənlər deputatın qohumlarıdırbackend

Bakı – Ələt yolundakı qəzada ölənlər deputatın qohumlarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.

Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi \”Daewoo\” markalı avtomobili yolun kənarında dayanmış \”Shacman\” markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri – qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az