Hadisə Yasamal rayonunda qeydə alınıb.
Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən kafedə müştərilərlə kafe sahibi arasında yaranan mübahisə sonradan davaya çevrilib. Belə ki, kafe sahibi Taleh Həsənov 4 müştəri ilə əlbəyaxa dava edib. Hadisə zamanı iki nəfər xəsarət alıb.
Dava zamanı kafedəki stol-stul, qab-qacaq da sındırılıb. Hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat verilib. Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib və 3 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. ( report.az )
İnterpress.az